Poroşenko: Obama Ukraynaya NATO-dan kənar xüsusi müttəfiq statusu verməkdən imtina edib

Poroşenko: Obama Ukraynaya NATO-dan kənar xüsusi müttəfiq statusu verməkdən imtina edib
# 19 sentyabr 2014 04:31 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko CNN telekanalına müsahibəsində bildirib.

Xəbər verildiyi kimi, Poroşenko ABŞ Konqresində çıxışı zamanı Amerikadan Ukraynaya NATO-dan kənar təhlükəsizlik üzrə xüsusi müttəfiq statusunun verilməsini xahiş edib: “Mən ABŞ-dan, Ukrayna NATO-nun üzvü olmasa belə, ölkəyə xüsusi müttəfiq statusunun verilməsini xahiş edirəm”, deyə Poroşenko bildirib.

CNN müxbirinin Obamanın Ukraynaya istənilən statusun verib-vermədiyi barədə sualına Poroşenko cavabında deyib: “Obama bizdə artıq xüsusi statusun olduğunu qeyd edərək, “yox” dedi”.

Ukrayna prezidenti bildirib ki, onun fikrincə, ABŞ və Ukrayna arasında əməkdaşlığın səviyyəsi bu gün onun arzuladığından xeyli yüksəkdir və hətta, NATO-dan kənar xüsusi müttəfiq statusunun nəzərdə tutduğu səviyyədən belə yüksəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR