SOCAR Karbomit zavodunun tikintisi üçün Cənubi Koreyadan əlavə vəsait cəlb edir

SOCAR Karbomit zavodunun tikintisi üçün Cənubi Koreyadan əlavə vəsait cəlb edir
# 28 aprel 2015 10:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tikintisini həyata keçirdiyi Karbomit zavodunun tikintisinə əlavə maliyyə vəsaiti cəlb etmək üçün Cənubi Koreyanın İxrac Bankı ilə danışıqlar aparır.

APA-Economics”in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

R. Abdullayevin sözlərinə görə, artıq danışıqlar son mərhələdədir: “Bilirsiniz ki, layihə dövlət büdcəsindən maliyyələşirdi. Büdcədə çatışmazlıq olduğu üçün hökumət belə qərara gəlib ki, layihəyə əlavə vəsait cəlb edilsin. Artıq bizə göstəriş verilib. Koreyanın “Samsung” və Koreya İxrac Bankı ilə işləyirik, danışıqların son mərhələsindəyik. Çox güman ki, ilin sonuna qədər anlaşma başa tutacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR