Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Zeynəb Kazımova Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.
Bu barədə APA-ya məlumat verən Z.Kazımova bildirib ki, yeni işində bu gündən rəsmən fəaliyyətə başlayıb.
Onun fikrincə, Azərbaycan Dillər Universitetində missiyası başa çatıb: “Prinsipcə eyni işi və vəzifəni icra edəcəyəm. 6 il ərzində Azərbaycan Dillər Universitetində xeyli iş gördük, yaratdıq, uğurlara imza atdıq, birinci olduq. Bakı Ali Neft Məktəbindən dəvət gəldi və onu da dəyərləndirdim”.