Göyçayda 3 nəfər bıçaqlanıb

Göyçayda 3 nəfər bıçaqlanıb
# 08 iyul 2016 10:53 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda 3 nəfərin bıçaqlanması ilə nəticələnən münaqişə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 03:00 radələrində Göyçay şəhərində qeydə alınıb. Şam yeməyi zamanı spirtli içki qəbul edən dostlar arasında mübahisə baş verib. Nəticədə rayon sakinləri - 1974-cü il təvəllüdlü Rüstəmov Ənvər Qafqaz oğlu, 1971-ci il təvəllüdlü Vəliyev Mübariz Səfər oğlu və 1991-ci il təvəllüdlü Qasımov Vüsal Sadiq oğlu bıçaqlanıb. Hər üç şəxs Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib. Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, iyulun 8-də Göyçay şəhərindəki yeməkxanada şəhər sakini Orxan Qasımov münaqişə zəminində qardaşı Vüsala, həmyerliləri Mübariz Vəliyevə və Ənvər Kərimova bıçaqla xəsarət yetirib. Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O. Qasımov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR