Ukraynada yaşayan azərbaycanlılar və digər etnik azlıqlar ölkə rəhbərliyinə müraciət ediblər

Ukraynada yaşayan azərbaycanlılar və digər etnik azlıqlar ölkə rəhbərliyinə müraciət ediblər
# 12 dekabr 2014 11:31 (UTC +04:00)

Ukrayna Millətlər Assambleyasından (UMA) APA-ya verilən məlumata görə, bununla bağlı ölkədə yaşayan azsaylı xalqları təmsil edən təşkilatların iştirakı ilə toplantı keçirilib. UMA prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin sədrliyi ilə keçirilən toplantıda Ukrayna Nazirlər Kabinetinin etnik siyasət və dini azlıqlarla iş şöbəsinin müdiri Yuri Reşetnikov, Ukrayna Yəhudi Forumunun prezidenti Arkadi Monastirski, deputat Oles Doniy, Ukrayna Tatar Mədəniyyət Mərkəzinin sədri Peter Şerafetdinov, Ukrayna Yunan Katolik Kilsəsinin rəhbəri Ata İqor Şaban və qaqauzları, rusları, moldovanları, Orta Asiya xalqlarını təmsil edən bir sıra təşkilat rəhbərləri, alimlər və hüquq müdafiəçiləri iştirak ediblər.

Toplantıda qəbul olunan müraciətdə ölkə rəhbərliyindən və Ali Radadan xahiş olunub ki, bütün sahələrdə qəbul olunan siyasi qərarlarda milli azlıqların hüquqları və təklifləri daim nəzərə alınsın.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR