TAP növbəti təsnifat öncəsi tenderini elan edib

TAP növbəti təsnifat öncəsi tenderini elan edib
# 25 iyul 2014 15:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Transadriatik qaz kəməri (TAP) layihəsinin tikintisi üzrə konsorsium böyük diametrli kürə kranlarının tədarükünə dair şirkətlərin təsnifat öncəsi tenderini elan edib. “APA-Economics”in xəbərinə görə, bu haqda şirkətin yaydığı rəsmi məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, təsnifat öncəsi tenderdə böyük diametrli kürə kranlarının istehsalı, sınaqdan keçirilməsi və tədarükü nəzərdə tutulub. Belə ki, tələb olunan avadanlıq: təxminən 36 düyüm ölçüsündə 8 klapan (900 tipli) və 48 düyüm 46 klapan (600 tipli).

Təsnifat öncəsi tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər 2014-cü ilin avqustun 11-ə qədər müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR