Lənkəranın bəzi kəndlərinin qaz təchizatı məhdudlaşdırılır

Lənkəranın bəzi kəndlərinin qaz təchizatı məhdudlaşdırılır
# 18 dekabr 2014 12:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Lənkəranın bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, sabah dekabrın 19-da saat 12:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Astara Magistral qaz kəmərləri sahəsinin “Xarxatan” Qazpaylama Stansiyasında təmir işləri aparılacaq.

Təmir müddətində Lənkəran rayonun Liman qəsəbəsinin, o cümlədən, Xarxatan, Dilman, Separadi, Şağlaser və Boladi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR