Tərcümə Mərkəzi yeni kurslar elan edir

Tərcümə Mərkəzi yeni kurslar elan edir
# 18 avqust 2015 10:03 (UTC +04:00)

Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kurslar iki istiqamətdə (ixtisasartırma və dil kursları) fəaliyyət göstərəcək. Dil kurslarının müddəti 6-12 ay, ixtisasartırma kurslarının müddəti isə – tərcüməçinin peşəkarlıq səviyyəsindən asılı olaraq 2-6-12 aydır.

Məşğələlər həftədə 2 dəfə, hər dərs 1,5 saat olmaqla, Tərcümə Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbul qeydiyyatı davamlıdır.

Kurslara qeydiyyata düşmək üçün aşağıdakı sənədlər mərkəzin elektron ünvanına göndərilməli, yaxud kağız formatında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR