Bakıda iki nəfər Cavanşir körpüsündə intihara cəhd edib

Bakıda iki nəfər Cavanşir körpüsündə intihara cəhd edib
# 06 iyul 2016 00:18 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin Cavanşir körpüsünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaşlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:47-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR