Doktoranturalar yaradılan ali təhsil müəssisələrinin sayı artırılıb

Doktoranturalar yaradılan ali təhsil müəssisələrinin sayı artırılıb
# 30 iyun 2016 12:52 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, bundan sonra Sumqayıt Dövlət Universitetində fəlsəfə doktoru ilə bərabər elmlər doktoru üzrə də doktorantura təhsili veriləcək. Digər dəyişikliyə əsasən, Bakıdan kənarda yerləşən yeganə özəl ali məktəb olan “Naxçıvan” Universitetinə fəlsəfə doktoru üzrə doktorantura təhsili təşkil etmək üçün icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR