Yanvar-mart aylarında Azərbaycanda 1 700-dən artıq müəssisə yaradılıb

Yanvar-mart aylarında Azərbaycanda 1 700-dən artıq müəssisə yaradılıb
# 14 aprel 2015 12:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 714 müəssisə yaradılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yeni müəssisələrin 52,2%-i Bakıda, 14,6%-i Aran, 10,2%-i Lənkəran, 6,9%-i Abşeron, 6,4%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bundan əlavə, bu ilin yanvar-mart aylarında ölkənin vergi orqanlarında 18 279 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Şəki-Zaqatala, Lənkəran və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR