Bu il texnikumlara qəbul balının ötən illə müqayisədə artacağı gözlənilir

Bu il texnikumlara qəbul balının ötən illə müqayisədə artacağı gözlənilir
# 04 iyul 2014 10:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə plan yerlərinin sayı azalıb. Ona görə də bu il texnikumlara qəbul balının ötən illə müqayisədə artacağı gözlənilir".

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Sumqayıtda vətəndaşları qəbulu zamanı deyib. O bildirib ki, əvvəlki qəbul qaydalarına əsasən, məsələn, imtahanda 100%-lik nəticə göstərən 300 bal, 50%-lik nəticə göstərən isə 150 ballıq nəticəyə görə qəbul ola bilərdilər: “Builki qəbul qaydalarına əsasən orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında 16 baldan yuxarı nəticə göstərənlər ixtisas seçimində iştirak edir. Ən yüksək nəticə isə 60 baldır. Ən çox verilən suallar odur ki, ötən ilki keçid ballarına əsasən bu il qəbul necə aparılacaq. Ötən illə müqayisə etdikdə məlum olur ki, ixtisas seçimində 16-30 bal arası nəticə göstərənlər ötənilki ballarla müqayisədə 150-300 kimi, 16-30 bal toplayanlar isə 150 balda aşağı olan nəticələri seçə bilər. Amma bir daha qeyd edirəm ki, bu il 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə plan yerlərinin sayı azalıb. Ona görə də bu il texnikumlara qəbul balının ötən illə müqayisədə artacağı gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR