Astara sakini bıçaqlanıb

Astara sakini bıçaqlanıb
# 16 sentyabr 2015 15:44 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Astarada bıçaqlanma hadisəsi baş verib.


APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Vaqo kəndində qeydə alınıb.

Kənd sakini Elşad Seyidağa oğlu Qasımov naməlum şəraitdə 10-a yaxın bıçaq yarası alıb. Bədəninin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR