Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi 4,5 mlrd. manatı ötüb

Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi 4,5 mlrd. manatı ötüb
# 08 oktyabr 2014 14:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1 144,9 mln. manat və ya 33,69% artaraq 2014-cü ilin sentyabrın 1-nə 4 543,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ayla müqayisədə isə, xarici öhdəliklərin həcmi 15,5 mln. manat və ya 0,34% artıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2014-cü ilin sentyabrın 1-nə 3 047,0 mln. manat təşkil edib ki, bu da 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 952,8 mln. manat və ya 45,49% artıb. Bundan fərqli olaraq, məcmu xarici aktivlərin həcmində ötən ayla müqayisədə 164,2 mln. manat və ya 5,11%-lik azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR