Avropa Komissiyası yeni tərkibdə işə başlayıb

Avropa Komissiyası yeni tərkibdə işə başlayıb
# 01 noyabr 2014 11:40 (UTC +04:00)

APA-nın məlumatına görə, Avropa Komissiyasının yeni tərkibində 28 komissar var, onlardan 9-u qadındır. Yunker yeni tərkibi Avropa Parlamenti ilə razılaşdırarkən cəmi bir nəfərin – enerji məsələləri üzrə komissar vəzifəsinə namizəd olan Sloveniyanın sabiq baş naziri Alenka Bratuşekin adını siyahıdan çıxarmalı olub. Nəticədə bu vəzifəni slovak siyasətçi Maroş Şefkoviç tutub. Sabiq enerji komissarı Günter Öttinger informasiya siyasəti üzrə komissar vəzifəsində çalışacaq.

Xarici işlər və təhlükəsizlik məsələləri üzrə komissar vəzifəsini isə Ketrin Eştondan İtaliyanın sabiq xarici işlər naziri Federika Mogerini təhvil alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR