ABŞ-da polis əməkdaşları iki qaradərilini qətlə yetirib

ABŞ-da polis əməkdaşları iki qaradərilini qətlə yetirib
# 08 iyul 2016 05:38 (UTC +04:00)

Bakı-APA. ABŞ-da qaradərili vətəndaşlara qarşı növbəti polis zorakılığı baş verib.

APA-nın xəbərinə görə, Minesota ştatında sənəd yoxlamaq məqsədilə avtomobili saxlayan polis əməkdaşı sükan arxasındakı 32 yaşlı qaradərili Filando Kastilə atəş açaraq öldürüb.

Məlumata görə, insident zamanı avtomobildə sürücünün uşağı və yoldaşı olub.

Hadisənin əks olunduğu video sosial şəbəkələrdə yayılıb və əhali arasında kəskin etiraza səbəb olub.

Polis hadisə yerində silahın tapıldığını bildirib.

Daha bir analoji hadisə Luiziana ştatında baş verib. Burada asayiş keşikçiləri qaradərili Alton Sterlinqə atəş açaraq öldürüblər. İnsident Baton Ruj şəhərində iyulun 5-nə keçən gecə baş verib.

Qeyd edək ki, bu hadisənin də əks olunduğu video sosial şəbəkələrdə yayılıb. Kadrlarda göründüyü kimi, iki polis əməkdaşı qaradərili şəxsi saxlamağa cəhd edərkən ona atəş açırlar. İki güllə yarası almış 37 yaşlı Alton Sterlinq hadisə yerində keçinib.

Məlumata görə, 2016-cı ildə ABŞ-da polis əməkdaşlarının iştirakı ilə 505 qətl hadisəsi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR