Anar Məmmədli və digərlərinin kassasiya şikayəti təmin edilməyib

Anar Məmmədli və digərlərinin kassasiya şikayəti təmin edilməyib
# 12 noyabr 2014 09:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli və digərlərinin kassasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı vəkillər məhkəmənin istintaqla aparılması barədə vəsatət versələr də, məhkəmə təmin etməyib. Həmin qərardan isə kassasiya şikayəti verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və sonuncu məhkəmə zalında həbs edilib.

Məhkəmə digər təqsirləndirilən Elnur Məmmədov barəsində 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirsə də, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və 2 il müddətinə şərti cəza ilə əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR