“Olaylar” qəzeti və informasiya agentliyinin 20 illik yubileyi qeyd olunub - FOTOSESSİYA

“Olaylar” qəzeti və informasiya agentliyinin 20 illik yubileyi qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 25 aprel 2015 10:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Mətbuat Şurasında “Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin 20 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə Şura sədri Əflatun Amaşov açıb. Ə. Amaşov çıxışında bildirib ki, “Olaylar”-ın Azərbaycanın müasir media tarixindəki rolu böyükdür: “Baş redaktor Yunus Oğuz hələ “Olaylar”-ı yaratmazdan öncə də mətbu fəaliyyətlə məşğul olub. Bu fəaliyyət cəmiyyətə azad düşüncə tərzinin gətirilməsinə xidmət edib. O, qeyri-leqal nəşrlər kimi tanıdığımız “samizdat”-ları ərsəyə gətirməklə xalqın milli özünüdərki istiqamətində aparılan proseslərə son dərəcə mühüm töhfə verib. Yunus Oğuzun 1995-ci ildə təsis etdiyi “Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyi isə başlanılmış işin daha mütəhərrik qaydada davamı baxımından əlamətdar səciyyə daşıyıb”.

İctimai Televziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli “Olaylar”-ı cəmiyyətdə özünü təsdiqləmiş etibarlı informasiya orqanı adlandırıb.

Eyni fikri bölüşən Mətbuat Şurası İdarə Heyətinin üzvü, “APA Holdinq”-in prezidenti Vüsalə Mahirqızı çıxışında hər bir KİV-in ona rəhbərlik edən şəxsin siması olduğunu söyləyib. V. Mahirqızı “Olaylar”-ı Azərbaycan media məkanında ədalətli rəqabət nümunəsi olaraq dəyərləndirib.

Tədbirdə daha sonra Mətbuat Şurası İdarə Heyətinin üzvləri - millət vəkili Cavanşir Feyziyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və başqaları çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR