Samuxda mağazanı qarət edən şəxs saxlanılıb

Samuxda mağazanı qarət edən şəxs saxlanılıb
# 30 aprel 2013 18:02 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Bir müddət əvvəl Samux rayonu Əhmədbəyli kəndində qeydə alınan oğurluq faktının üstü açılıb. Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, bu ilin mart ayının 21-də Samux rayon Əlibəyli kənd sakini Eldar Quliyev polisə müraciət edərək işlətdiyi mağazada oğurluq edildiyini bildirib. Polis əməkdaşlarının apardıqları tədqiqat zamanı məlum olub ki, mağazadan dəyəri 720 manat olan ərzaq və qeyri ərzaq məhsullar, həmçinin 120 manat nağd pul aparılıb.

Təxminən bir ay aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq törətməkdə şübhəli bilinən Samux rayon Əhmədbəyli kənd sakini, 1988-ci il təvəllüdlü Rüfət Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR