Ümumdünya Səhiyyə Təşkilatının spikeri, QİÇS üzrə Beynəlxalq Cəmiyyətin sabiq prezidenti və daha bir neçə alim Ukraynada vurulan təyyarədə olublar

Ümumdünya Səhiyyə Təşkilatının spikeri, QİÇS üzrə Beynəlxalq Cəmiyyətin sabiq prezidenti və daha bir neçə alim Ukraynada vurulan təyyarədə olublar
# 18 iyul 2014 08:30 (UTC +04:00)

APA-nın “Censor.net” saytına istinadən verdiyi məlumata görə, alimlər Avstraliyanın Melburn şəhərində keçiriləcək QİÇS (AİDS) üzrə 20-ci beynəlxalq konfransa gedirmiş.

Ölənlər arasında QİÇS üzrə Beynəlxalq Cəmiyyətin (International AIDS Society) keçmiş prezidenti Co Lange (Joep Lange) də olub. Bunu təşkilatın özü açıqlayıb. Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatının spikeri Qlenn Tomas da ölənlər arasındadır. Təyyarədə olan konfrans iştirakçılarının dəqiq sayı hələlik bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR