Lənkəran teatrında "Əsrlərin harayı" dramı əsasında hazırlanmış tamaşanın premyerası olub

Lənkəran teatrında "Əsrlərin harayı" dramı əsasında hazırlanmış tamaşanın premyerası olub
# 27 iyun 2016 16:46 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəran Dövlət Dram Teatrında Əli Vəlioğlunun "Əsrlərin harayı" dramı əsasında hazırlanmış tamaşanın premyerası olub.


APA-nın cənub bürosunun məlumatına görə, qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edən səhnə əsərinin quruluşçurejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur.

Əsas rollarda teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova və digərləri çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR