Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının müzakirəsi keçirilib - FOTO - VİDEO

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının müzakirəsi keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 09 oktyabr 2014 11:51 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Rafael Hüseynov bildirib ki, 1813 və 1828-ci ilдэкdə bağlanan Türkmənçay və Gülüstan müqavilələri ilə Azərbaycan Rusiya və İran arasında iki yerə bölünərək parçalanıb.

R.Hüseynov SSRİ-nin parçalanması ərəfəsində Ermənistanda tarixi torpaqlarında yaşayan 300 min azərbaycanlının didərgin düşdüyünü, daha sonra Dağlıq Qarabağ və ətraf rayonların işğal edildiyini qeyd edib. Onun sözlərinə görə, həmin dövrdə erməni lobbisinin fəaliyyəti nəticəsində dünya ictimaiyyətinə yanlış məlumatlar çatdırılıb, Azərbaycan barədə həqiqəti əks etdirən məlumatlara xarici mətbuatda çox nadir hallarda rast gəlinib. R.Hüseynov Azərbaycan xalqına qarşı törədilən qətliamlar, vəhşiliklər, işğallar barədə kitabların dərc edilməsinin vacib olduğunu vurğulayıb: “Son 10 ildə bu sahədə həm ölkə daxilində, həm də ölkə xaricində kitablar dərc olunur. Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyası da çox dəyərlidir və ilk məxəzlərə əsaslanır. Müəllif ilkin mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə xarici dillərdə və erməni dilində nəşr olunan mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək, Dağlıq Qarabağın tarixin ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və bu diyarın Azərbaycan xalqına məxsus olması barədə tarixi həqiqəti oxuculara təqdim edir. Kitab Dağlıq Qarabağ münaqişəsini bütün kökləri ilə meydana qoyan, dərindən açıb ümumiləşdirən və bu sahədə saxtakarlıqları dünya ictimaiyyətinə çatdıran elmi əsərdir. Kitabın ilk məxəzlərə əsaslanması vacibdir, çünki ermənilər saxta tarix yaradır, sonra da buna inanırlar. Ona görə də ilk məxəzlər əsasında belə elmi əsərlərin yaradılması çox mühümdür”.

R.Hüseynov kitabın Moskva şəhərində rus dilində çap edilməsinin əhəmiyyətli olduğunu, kitabın həm keçmiş sovet ölkələrində, həm də rusdilli dünyada oxunacağını söyləyib. O, kitabda Qafqaz Albaniyası barədə də geniş məlumat verildiyini xatırladıb: “Ermənilərin Qafqaz Albaniyası ilə bağlı iddialarına da bu monoqrafiya ciddi cavabdır. Kitabı oxuyarkən Azərbaycan tarixinin bütün dövrləri barədə məlumat almaq olur. Kitabın sadə, hər kəsin oxuyub başa düşəcəyi dilə yazılması da xüsusi qeyd edilməlidiir”.

Tədbirdə millət vəkili Rövşən Rzayev, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini Xatirə Bəşirli, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli və başqaları çıxış edərək, monoqrafiyanın tarixi əhəmiyyətindən, qarşıya qoyulan problemin tədqiqat-araşdırılma istiqamətlərindən danışıblar, kitabın müxtəlif dillərə tərcümə edilərək dünya ictimaiyyətinə çatdırılmasını təklif ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR