Dövlət Musiqili Teatrı mövsümü başa vurub

Dövlət Musiqili Teatrı mövsümü başa vurub
# 13 iyul 2015 10:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Musiqili Teatrı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyası ilə mövsümü başa vurub. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, 105-ci mövsümün yekunu ilə bağlı tədbir keçirilib.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev tədbirdə hesabat xarakterli çıxış edib. O, bildirib ki, sentyabrın 10-da 106-cı teatr mövsümünə start veriləcək.

Tamaşanın quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimovadır. Səhnə əsərində rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR