DİN Bakıda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

DİN Bakıda baş vermiş hadisə ilə bağlı məlumat yayıb
# 22 avqust 2015 10:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakının Yasamal rayonunda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də Yasamal rayonu D. Bünyadzadə küçəsindəki 175 “E” ünvanında yerləşən binada liftin zənciri 2-ci mərtəbədə qırılıb və lift 1-ci mərtəbəyə düşüb. Nəticədə liftdə olan paytaxt sakinləri Səmayə Salayevaya, Məlahət Məmmədovaya və Şərur rayon sakini Zemfira Hüseynovaya xəsarət alıblar. Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR