Paşha Bank
Bank Of Baku

Paytaxtda avtomobil tunelə çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Paytaxtda avtomobil tunelə çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB
# 24 mart 2019 06:02 (UTC +04:00)

Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində, yolötürücü tuneldə baş vermiş yol qəzası ilə bağlı bəzi təfərrüatlara aydınlıq gətirilib.

ONA-nın məlumatına görə, avtomobildə sürücüdən başqa sərnişin də olub. Bu, 1992-ci təvəllüdlü Ruslan Amanovdur. Ağır bədən xəsarətləri alan R.Amanov xəstəxanaya yerləşdirilib.

Avtomobilin sürücüsü də hazırda xəstəxanada müalicə olur. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Qeyd edək ki, avtomobil taksi olub.

                                                                      ***

Saat 01:17

Bakıda ağır yol qəzası baş verib.

ONA-nın məlumatına görə, avtoqəza Ziya Bünyadov prospektində yerləşən yolötürücü tuneldə qeydə alınıb.

Yüksək sürətlə hərəkət etdiyi deyilən "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq əks hərəkət zolağına düşüb. Nəticədə sürücü ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar aparılır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR