Bakı sakini iki qonşusunu bıçaqlayıb - VİDEO

Bakı sakini iki qonşusunu bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 08 oktyabr 2015 00:29 (UTC +04:00)

APA-nın məlumatına görə, Qaraçuxur qəsəbəsində 20 yaşlı Fərman Nəcəfov və Nicat Ramazanov qonşuları tərəfindən bıçaqlanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

3 saylı Şəhər Klinikasından APA-ya bildirilib ki, Fərman Nəcəfovovun vəziyyəti daha ağırdır. Nicat Ramazanov isə bel nahiyəsindən bıçaqlanıb.

Zərərçəkənlər ifadələrində deyiblər ki, qonşuları ilə davaları düşüb və o, bıçaq götürərək, həyətlərində onlara zərbələr endirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs 32-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Suraxanı Rayon polis idarəsində cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR