İrandan Azərbaycana heroin keçirmək istəyən qadın saxlanılıb

İrandan Azərbaycana heroin keçirmək istəyən qadın saxlanılıb
# 03 aprel 2015 07:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Könül Məmmədovanın üzərində narkotik vasitə aşkar olunub.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, K. Məmmədovanın üzərində aparılan şəxsi yoxlama zamanı ondan 4 ədəd bağlamada, ümumi xalis çəkisi 175,308 qram heroin tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR