Azərbaycanda kənd təsərrüfatı texnikasının lizinqlə güzəştli satışı barədə müraciətlərin qəbulu elektron qaydada həyata keçiriləcək

Azərbaycanda kənd təsərrüfatı texnikasının lizinqlə güzəştli satışı barədə müraciətlərin qəbulu elektron qaydada həyata keçiriləcək
# 08 dekabr 2014 07:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, bundan sonra Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsi barədə müraciətlərin qəbulunu elektron qaydada həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR