AFFA ukraynalı futbolçu üçün FİFA-ya müraciət edib

AFFA ukraynalı futbolçu üçün FİFA-ya müraciət edib
# 05 mart 2015 10:04 (UTC +04:00)

Bakı – APA. AFFA Ukraynanın “Metallurq” (Zaporojye) klubunun futbolçusu Pavel Paşayevin Azərbaycan millisinə cəlb olunmasına üçün FİFA-ya müraciət edib. Apasport.az saytının məlumatına görə, əslən azərbaycanlı olan müdafiəçi assosiasiyaya müraciət edərək, yığmamızda oynamaq istədiyini bildirib.

Bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Ukrayna Futbol Federasiyası bildirib ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında iştirak edib, lakin əsas komandada oynamayıb. Bu üzdən də AFFA onun müvafiq qaydalara uyğun olaraq, Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FİFA-ya müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR