Həyat yoldaşını öldürməkdə, özünə isə xəsarət yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Həyat yoldaşını öldürməkdə, özünə isə xəsarət yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 31 oktyabr 2014 14:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə, özünə isə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Qulamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən S. Qulamov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində Sənan Qulamov münaqişə zəminində həyat yoldaşı Əfiqəni bıçaqla qətlə yetirib. S.Qulamov sonra özünü öldürmək istəyib. O, boyun, qol və qarın nahiyələrindən özünə xəsarət yetirib. Lakin onun özünü öldürməsi başqaları tərəfindən əngəllənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR