Rusiya vətəndaşı Qubada ürək tutmasından ölüb

Rusiya vətəndaşı Qubada ürək tutmasından ölüb
# 31 avqust 2015 11:24 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Rusiya vətəndaşı Quba rayonunda qəflətən vəfat edib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyası vətəndaşı 1959-cu il təvəllüdlü İldarov Aliislam İslamoviç Azərbaycan-Rusiya sərhədindən Quba istiqamətində hərəkətdə olarkən rayonunun Vladimirovka kəndi ərazisində taksidə qəfildən ürək tutmasından dünyasını dəyişib.

Hadisə yerinə Quba rayon Prokurorluğunun əməkdaşları cəlb olunub. Onun ürək xəstəliyində əziyyət çəkdiyi bildirilir.

Aparılan tibbi ekspertizanın rəyindən sonra Rusiya vətəndaşının ölüm səbəbləri dəqiqləşəcək.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR