Bakı - APA-Economics. "Toyota" Yaponiyanın paytaxtı Tokioda yerləşən baş ofisində 8 liftdən 2-nin fəaliyyətini dayandırıb.
"APA-Economics" BBC-yə istinadən xəbər verir ki, konsern həmçinin baş ofisdəki bütün kondisionerləri qənaət rejiminə keçirib.
Bu üsulla şirkət hansı məbləğə qənaət etmək niyyətində olduğunu açıqlamayıb. Lakin bildirilir ki, sərt qənaət rejiminin tətbiqinə səbəb iqtisadiyyatın zəifləməsi və milli valyuta olan yenin möhkəmlənməsidir.