Azərbaycanda iki bankın adı şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün dövlət rüsumları köçürülən hesabların siyahısından çıxarılıb

Azərbaycanda iki bankın adı şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün dövlət rüsumları köçürülən hesabların siyahısından çıxarılıb
# 19 avqust 2015 11:09 (UTC +04:00)

APA-nın məlumatına görə, dəyişiklik Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün vətəndaşın qeydiyyatda olduğu əraziyə görə dövlət rüsumlarının köçürüləcəyi hesablarla bağlıdır.

İndiyə qədər Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün vətəndaşın qeydiyyatda olduğu əraziyə görə dövlət xəzinədarlığı orqanlarında dövlət rüsumları Mərkəzi Bank Naxçıvan Muxtar Respublikası İdarəsi, Dövlət Xəzinədarlığı Agentliyi, Kapital Bankın, Azərbaycan Beynəlxalq Bankının və Turanbank ASC-nın şəhər və rayonlardakı filiallarındakı hesablara, Sumqayıtda Texnikabankın Sumqayıt filialındakı, Lənkəranda Standart Bankın Lənkəran filialındakı hesablara köçürülüb. Dəyişikliyə əsasən, Texnikabank və Standart Bank bu siyahıdan çıxarılıb. Sumqayıt və Lənkəranda bu rüsumlar Dövlət Xəzinədarlığı Agentliyindəki hesaba köçürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR