Ombudsmanın MPQ-nin üzvləri Salyan Polis Şöbəsinə başçəkmələr həyata keçiriblər

 Ombudsmanın MPQ-nin üzvləri Salyan Polis Şöbəsinə başçəkmələr həyata keçiriblər
# 08 iyun 2015 12:23 (UTC +04:00)

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.


Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.


Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə saxlanılan şəxslər fərdi qaydada qəbul edilib, onlarla təkbətək söhbətlər aparılıb.

MSY-də saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyiblər, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib. Müəssisədə saxlama şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin aparıldığı müşahidə olunub.

Həmin müəssisələrin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR