Bakıda şadlıq sarayından xeyli miqdarda pul oğurlanıb

Bakıda şadlıq sarayından xeyli miqdarda pul oğurlanıb
# 08 iyul 2014 08:32 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi şosesində yerləşən şadlıq saraylarının birinin inzibatçısı, Bakı şəhər sakini Nurlan Məmmədovun otağından, seyfi sındırmaqla 6 min manat oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü Elnur İsmayılov və Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Atamoğlanov tutulub, onlardan oğurladıqları pulun 1500 manatı maddi sübut kimi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR