Xaçmazda 59 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb - VİDEO

Xaçmazda 59 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb - <span style="color: red;">VİDEO
# 08 iyul 2014 11:34 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz rayonu ərazisində bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb. Araba ilə şəxsi təsərrüfatından ot gətirən 1955-ci il təvəllüdlü kənd sakini Abdullayev Eyvaz Balavi oğlunun başına ağac budağı düşüb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR