YUĞ Dövlət Teatrında “Medeya. Sekvensiya 001” tamaşasının premyerası keçirilib

YUĞ Dövlət Teatrında “Medeya. Sekvensiya 001” tamaşasının premyerası keçirilib
# 08 iyul 2016 08:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. YUĞ Dövlət Teatrında “Medeya. Sekvensiya 001” tamaşasının premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edib.

Ömrü boyu Medeyanı oynamaq arzusunda olan yaşlı aktrisa, teatrın iş günü olmayan vaxtında - boş teatrda öz arzusunu reallaşdırmaq istəyir. Tamaşa Medeyanı oynamağa cəhd eləyən iki aktrisa arasında olan dialoq üzərində qurulub. “Medeya. Sekvensiya 001” – aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

Tamaşanın xronometrajı 1 saat 15 dəqiqədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR