Mədinədə Peyğəmbər məscidi yaxınlığında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB-2

Mədinədə Peyğəmbər məscidi yaxınlığında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-2
# 05 iyul 2016 00:50 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanı DİN-i Mədinə şəhərində baş verən partlayış nəticəsində 4 təhlükəsizlik xidməti əməkdaşının öldüyünü, 5-in isə yaralandığını təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.

Məlumatda qeyd olunur ki, asayiş keşikçiləri Peyğəmbər məscidi yaxınlığındakı nəzarət-keçid məntəqəsində terrorçunu saxlamağa çalışanda, o, özünü partladıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır. Məsciddə və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

***

23:55

Bakı-APA. Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbər məscidi yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.

Məlumata əsasən, insident zamanı 4 təhlükəsizlik xidməti əməkdaşı ölüb, daha 4 nəfərin ağır yaralandığı bildirilir.

Hadisə ilə bağlı hər hansı rəsmi məlumat hələ ki, verilməyib.

İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

***

22:00

Bakı-APA Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscid əl-Nəbavi (Peyğəmbər məscidi) yaxınlığında baş verən güclü partlayış nəticəsində 2 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.

Partlayışın məscidin girişindəki nəzarət-keçid məntəqəsində baş verdiyi təsdiqlənib. Terrorçu-kamikadze məscid kompleksinə daxil ola bilməyib. Zəvvarlar arasında zərərçəkənlərin olmadığı bildirilir.

Bundan əvvəl, Qətif şəhərində məscid qarşısında terrorçu-kamikadze özünü partladıb.

***

21:27

Bakı-APA Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscid əl-Nəbavi (Peyğəmbər məscidi) yaxınlığında güclü partlayış baş verib.

APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.

İlkin məlumata görə, terrorçu-kamikadze məscidin girişindəki nəzarət-keçid məntəqəsində partlayıcı qurğunu işə salıb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir.

Peyğəmbər məscidi Məkkədəki Əl-Həram məscidindən sonra müsəlmanların ikinci ən müqəddəs ibadətgahıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR