Qəbələdə 3 bal zəlzələ olub

Qəbələdə 3 bal zəlzələ olub
# 30 iyun 2016 10:41 (UTC +04:00)

Bakı - APA. Qəbələ rayonu ərazisində zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 11.53-də Qəbələdən 10 km şərqdə qeydə alınıb.

Maqnitudası 3.7 olan, 11 km dərinlikdə baş verən yeraltı təkan 3 bal gücündə hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR