Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi tarixdə ilk dəfə 1%-dən aşağı düşüb

Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi tarixdə ilk dəfə 1%-dən aşağı düşüb
# 27 iyun 2016 12:21 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliyi tarixdə ilk dəfə olaraq 1%-dən aşağı düşərək 0,985% təşkil edib.

"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, investorlar daha təhlükəsiz aktivlərə üz tutmaqda davam edir. Buna səbəb Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan sonra birjaların dalğalanmasıdır.

Qeyd edək ki, hazırda Böyük Britaniyanın 20 illik dövlət istiqrazlarının gəlirliliyi 1,729%, 30 illik qiymətli kağızların gəlirliliyi isə 1,845%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR