Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Qaxda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Qaxda vətəndaşları qəbul edib
# 30 may 2015 16:18 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Qax rayonunda vətəndaşları qəbul edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Balakən, Zaqatala, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinləri iştirak ediblər.

Komitə sədri onların şikayət və təkliflərini dinləyib. Müraciətlər daha çox qadınları narahat edən məsələlər, sosial-məişət problemləri, xüsusilə körpə uşaqların övladlığa götürülməsi, xəstə və əlil uşaqların müalicəsi məsələləri ilə əlaqədar olub. Qadınların işlə təminatı, sağlamlıq, təhsil, qadın və uşaq hüquqlarının müdafiəsi, alimentlərin ödənilməsində zamanı yaranan çətinliklər və digər məsələlərlə bağlı müraciətlər də dinlənilib.

Qəbul zamanı bir çox şikayətlər yerindəcə həllini tapıb. Bəzi vətəndaşların komitənin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarına çatdırılmaq üçün qeydiyyata götürülüb.

Daha sonra komitə sədri Qax rayonun ictimai-siyasi həyatında iştirak edən fəal qadınlarla görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR