Gəncədə qadını avtomobil vurub

Gəncədə qadını avtomobil vurub
# 28 iyun 2016 14:04 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1975-ci il təvəllüdlü Vəfa Məmmədova müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Qadının yaxınları bildirib ki, V. Məmmədova şəhərin mərkəzində yolu keçən zaman avtomobil tərəfindən vurulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR