Bakıda ağır yol qəzasında ölən 4 nəfərin adı məlum olub

Bakıda ağır yol qəzasında ölən 4 nəfərin adı məlum olub
# 13 aprel 2015 08:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

BŞBPİ-dən APA-ya verilən məlumata görə, aprelin 12-si saat 23.40 radələrində, Sabunçu qəsəbəsi Şəhər şosesi küçəsində Bakı şəhər sakinləri - 1961-ci il təvəllüdlü Qabil Ələkbər oğlu Ələkbərovun idarə etdiyi 105 saylı xətt üzrə hərəkət edən “İveko Otoyol” markalı avtobusla 1980-ci il təvəllüdlü Vidadi Söyün oğlu Sərdarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində V.Sərdarov, sərnişinləri - qardaşı, 1988-ci il təvəllüdlü Etibar, 1963-cü il təvəllüdlü İlqar Nizami oğlu Orucov və oğlu 1990-cı il təvəllüdlü Elçin hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində 12-ci Polis Bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR