İtaliyanın Qahirədəki konsulluğu qarşısında partlayış baş verib: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

İtaliyanın Qahirədəki konsulluğu qarşısında partlayış baş verib: 1 nəfər ölüb, 4 nəfər yaralanıb
# 11 iyul 2015 08:58 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

İlkin məlumatlara görə, diplomatik missiya yaxınlığında saxlanılmış avtomobildə yerləşdirilən partlayıcı qurğu uzaqdan idarə olunan cihaz vasitəsi ilə işə salınıb.

Xəsarət alanlardan ikisinin konsulluğu mühafizə edən polis işçisi olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hələlik heç bir təşkilat partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR