Nazir: "İranla Azərbaycan Mərkəzi Bankları arasında vahid sistemin yaradılması istiqamətində irəliləyiş var"

Nazir: "İranla Azərbaycan Mərkəzi Bankları arasında vahid sistemin yaradılması istiqamətində irəliləyiş var"
# 21 dekabr 2015 11:14 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Azərbaycan və İran arasında müştərək bank sisteminin yaradılmasına dair danışıqlarda irəliləyiş müşahidə olunur.

Bunu APA-nın İran bürosuna açıqlamasında Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Ş. Mustafayev bildirib ki, İranla Azərbaycan Mərkəzi Banklarının İdarə Heyəti sədrlərinin müavinləri arasında bununla bağlı danışıqlar aparılıb və bu məsələdə xeyli irəliləyiş baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR