Elmar Məmmədyarov Belçikaya səfər edəcək

Elmar Məmmədyarov Belçikaya səfər edəcək
# 20 may 2016 18:06 (UTC +04:00)

Bakı-APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Belçikaya səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmar Məmmədyarov mayın 23-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Belçikaya səfər edəcək.

Sözügedən iclasda Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR