Avro, rubl və lirə manata qarşı 1% bahalaşıb

Avro, rubl və lirə manata qarşı 1% bahalaşıb
# 01 avqust 2016 07:25 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 29-u ilə müqayisədə dəyişməyərək 1,5851 manat təşkil edib.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,9% möhkəmlənərək 1,7721 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə 0,84% bahalaşaraq 0,0240 manat səviyyəsinə yüksəlib.


Türkiyə lirəsi də manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,93% artaraq 0,5309 manat olub.


Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1014 manatdır. Beləliklə, funt sterlinq 0,58%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,18% azalaraq 0,6719 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR