Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas olunub
# 26 sentyabr 2015 03:21 (UTC +04:00)

Bakı-APA. Bakının Yasamal rayonunda 2 nəfər vətəndaş mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin qapısını açıb və vətəndaşları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:58-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR