Azərbaycanın Rusiyadakı səfirliyində səsvermə keçirilir

Azərbaycanın Rusiyadakı səfirliyində səsvermə keçirilir
# 26 sentyabr 2016 09:07 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyində səsvermə başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya ərazisində yaşayan və ya müvəqqəti bu ölkədə olan Azərbaycan vətəndaşları səsvermədə iştirak edirlər.

Moskvada 17 saylı Yasamal üçüncü seçki dairəsinin 48 saylı seçki məntəqəsi üzrə qeydiyyatda olan vətəndaşların sayı 1500-dən artıqdır. Səfirlikdə yaradılan seçki komissiyasının sədri Ağalar Atamoğlanov bildirib ki, səhər saatlarından seçici fəallığı hiss olunur: “Səfirlikdə seçki komissiyası yaradılıb və referendumun yüksək səviyyədə keçirilməsi üçün lazımi tədbirlər həyata keçirilib. Səsvermə Moskva vaxtı ilə saat 19:00-dək davam edəcək”.



A. Atamoğlanov qeyd edib ki, Sankt-Peterburqda və Yekaterinburqda da seçki məntəqələri açılıb. Sankt-Peterburqda 956 seçici, Yekaterinburqda isə 200 seçici qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR