DSMF: Pensiyaçılar 880-dən çox bankomatdan istifadə edir

DSMF: Pensiyaçılar 880-dən çox bankomatdan istifadə edir
# 14 oktyabr 2015 08:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ildə pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən “Mərkəzi Çağrı Sistemi” (“190-0” nömrəli telefon məlumat xidməti) vasitəsi ilə həyata keçirilməsi, habelə “ASAN xidmət” mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, hesabat ili ərzində pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri davam etdirilib.

Hazırda pensiyaçıların 100%-nin pensiyasının plastik kartlarla ödənilməsi, bu məqsədlə ümumilikdə 881, o cümlədən kənd və qəsəbələrdə 210 bankomatın istifadəsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR